Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda “dəyirmi masa”da Azərbaycanın bu sahədəki uğurları yüksək qiymətləndirilib [YENİLƏNİB]

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda keçirilən “dəyirmi masa”da səmərəli müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “dəyirmi masa”ya rektor, akademik Urxan Ələkbərov, fizika üzrə Nobel mükafatı laureatı, Stanford Universitetinin professoru Robert Betts Laflin, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin (ABŞ) İqtisadi Səmərəlilik Sahəsi üzrə Perspektiv Tədqiqatlar Mərkəzinin professoru Edvard K.Preskot həmsədrlik edib.

Tədbiri açan akademik Urxan Ələkbərov “dəyirmi masa”da 22 ölkədən 40-dan çox nümayəndənin iştirak etdiyini bildirib. “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunun hazırda dünyada aktual məsələ olduğunu vurğulayan rektor qonaqlara Azərbaycanda davamlı inkişafa nail olunması və ətraf mühitin qorunması istiqamətində görülən işlər haqqında məlumat verib.

“Dəyirmi masa”da müzakirə edilən birinci mövzu “Davamlı inkişafın səmərəli idarə edilməsi modellərinin təhlili və ekoloji sivilizasiyaya transformasiya (beynəlxalq təcrübə və Azərbaycan təcrübəsi)” olub. Bu mövzu üzrə əsas məruzəçilərdən olan professor Robert Betts Laflin bildirib ki, davamlı inkişafla bağlı məsələlər çoxdur və onların hər birinin detalları fərqlidir. Onlara misal kimi tullantıların yenidən istifadə edilməsi, su təminatı və s. qeyd etmək olar. Qarşıya çıxan problemlərin aradan qaldırılması üçün iqtisadiyyat qanunlarına hörmət bəsləmək, bu işə gəncləri cəlb etmək, eləcə də keçmişin uğurlarından yararlanmaq lazımdır.

İsveçrə-Azərbaycan Ticarət Palatasının prezidenti Klod Eji qeyd edib ki, ekologiya, iqtisadi siyasət, iqtisadi inkişaf məsələləri bir-birini tamamlamalıdır. Azərbaycana dəfələrlə gəldiyini deyən Klod Eji deyib ki, bu ölkədə kəmiyyət deyil, keyfiyyət məsələsinə böyük diqqət yetirilir. Milanda keçirilmiş sərgidə Azərbaycan möhtəşəm pavilyonu ilə nümayiş etdirib ki, hökumət kənd təsərrüfatı istehsalını artırmaq niyyətindədir. Beləliklə, Azərbaycan tərəfi çox fundamental suala cavab tapıb. Klod Eji vurğulayıb ki, V Bakı Beynəlxalq Humanitar Forumunda “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda ayrıca “dəyirmi masa”nın keçirilməsi təqdirəlayiqdir. Hazırda Azərbaycanda yeni strategiya hazırlanır və ölkə çox düzgün seçim edib. Buna görə də biz Azərbaycanı dəstəkləməliyik.

Mövzu üzrə əsas məruzəçilərdən olan akademik Urxan Ələkbərov ölkəmizdə davamlı inkişaf sahəsində idarəetmə texnologiyasının tətbiqinin nəticələrindən danışıb. Bildirib ki, davamlı inkişaf mövzusu hələ 2001-ci ildən orta məktəblərdə kurrikuluma daxil edilib. Daha sonra isə ali məktəblərin bakalavr və magistratura pillələrində tədris proqramına salınıb. Davamlı inkişaf indikatorları əslində sosial indikatorlardır. Az enerjidən istifadə edilməsi iqtisadi nöqteyi-nəzərdən sərfəlidir. Keçmiş sovet ölkələri, eləcə də Avropa İttifaqına üzv olan keçmiş sovet respublikaları arasında ən yaxşı göstərici Azərbaycana məxsusdur. Dünya Bankının ən son məlumatında da Azərbaycanın indeksi yüksəkdir. Bunlara nail olunmasında innovativ idarəçilik mühüm amildir. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin səyi və təşəbbüsü nəticəsində mümkün olub.

Mövzu üzrə əsas məruzəçilərdən olan Edvard Preskot bildirib ki, Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycan bu mövqeyindən səmərəli istifadə edir. Bu ölkə çox yüksək artım templəri ilə inkişaf edir, Qərb ölkələri ilə ayaqlaşır. Bütün bunlar Azərbaycanda həyata keçirilən iqtisadi siyasətlə bağlıdır. Təsadüfi deyil ki, 2002-2012-ci illərdə maliyyə böhranı Azərbaycandan yan keçib. Bu ölkədə insanların həyat tərzi Çindən və Rusiyadan daha yüksəkdir. Azərbaycanda 2002-ci ildən başlayaraq davamlı inkişafın yüksələn xətt üzrə təmin edilib. Azərbaycan rəqabətə davamlı və digər ölkələr üçün örnək ola bilər.

Əsas məruzəçilərdən olan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxışında davamlı inkişaf və ekoloji sivilizasiya məsələlərinə dair ölkəmizdə həyata keçirilən işlər barədə məlumat verib. Bildirib ki, bu məsələyə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında böyük yer ayrılıb. Ölkəmizin Paris prosesinə qoşulduğunu diqqətə çatdıran nazir deyib ki, Azərbaycan zərərli qazların atmosferə buraxılmasına dair beynəlxalq sənədi imzalayıb. Öhdəliyimiz ondan ibarətdir ki, 2030-cu ildə karbon birləşmələrinin atılmasını 35 faiz azaldaq. Bu, dünyada ən yüksək öhdəlik səviyyəsindədir. Hətta ABŞ kimi böyük ölkənin öhdəliyindən də yüksəkdir.

Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin genişləndiyini vurğulayan H.Bağırov bildirib: “Ölkəmizdə mazutdan istifadədən tam imtina edilib. Habelə meşə ərazilərini artırmaq istiqamətində böyük işlər görülür. Azərbaycan keçmiş sovet ölkələri ilə müqayisədə az meşə örtüyünə (ərazisinin 10-12 faizi) sahib olsa da, bu meşələr azalmır, sənaye üçün istifadə edilmir. Nəticədə meşələrin artması hiss olunur. Son 15 ildə ölkəmizdə 150-170 min hektarlıq meşələr salınıb. Onların 144 min hektarı artıq çətiri birləşmiş meşə hesab olunur və standartlara uyğundur. Ölkəmizdə günəş panelləri fabriki tikilib. Günəş enerjisi ilə təmin edilən enerji sektoru genişlənir”.

Nazir, həmçinin “Azərlandşaft” SC-nin fəaliyyəti, su təminatı, Xəzərin təmiz saxlanması, ölkəmizdə mühafizə edilən ərazilərin genişləndirilməsi, milli parkların salınması haqqında da məlumat verib, milli monitorinq sisteminin təkmilləşdirildiyini diqqətə çatdırıb.

“Dəyirmi masa”da ikinci sessiya “Davamlı inkişaf üçün zəruri insan potensialının formalaşdırılması problemləri” mövzusuna həsr olunub. Mövzu üzrə əsas məruzəçilərdən biri - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək Forumun əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, davamlı inkişafın məqsədlərinə nail olunmasında insan kapitalının böyük rolu var. Özəl və dövlət sektorlarında sanballı institutların yaradılması, səmərəli kadrların yetişdirilməsi vacib məsələlərdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bütün sahələrdə davamlı inkişaf üzrə ölkənin milli strategiyası hesab olunur. Azərbaycanda insan kapitalı ən prioritet məsələlərdən biridir. Son illər dövlətimizin başçısının rəhbərliyi ilə bu istiqamətdə böyük islahatlar həyata keçirilir.

“ASAN xidmət” üzrə 330-dan çox xidmət göstərildiyini vurğulayan İ.Kərimov bildirib ki, indiyədək 12 milyon insan bu xidmətlərdən faydalanıb. Mərkəz şəffaflıq, səmərəlilik, sosial məsuliyyət və komfort prinsipinə əsasən fəaliyyət göstərir. Eyni zamanda, səyyar avtobuslar vasitəsilə xidmətlər vətəndaşlara çatdırılır. Vətəndaşlar, həmçinin mobil xidmətlərdən də istifadə edə bilər, şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini binanın özünə gəlmədən də əldə edirlər. “ASAN xidmət” mərkəzlərində müəyyən sənədləri bir saat ərzində əldə etmək mümkündür. Bu baxımdan “ASAN xidmət” nümunəvi modeldir. Təsadüfi deyil ki, qurum keçən il “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında BMT-nin birinci mükafatına layiq görülüb. “ASAN xidmət” mərkəzlərində 8 min könüllünün fəaliyyət göstərdiyini vurğulayan Agentliyin sədri onların “Yaşıl ASAN” aksiyaları təşkil etməklə ətraf mühitin mühafizəsinə töhfə verdiklərini bildirib.

Rusiya Xalqlar Dostluğu Universitetinin prorektoru Aleksandr Qladuş yüksək səviyyədə təşkil edilən Bakı Forumunda aktual məsələlərin müzakirə olunduğunu vurğulayıb. Bildirib ki, israfçılıq təbii ehtiyatların bərpa olunma qabiliyyətini məhdudlaşdırır. O, gələcək həyatın enerji mənbələrinin şaxələndirilməsindən və alternativ enerji vasitələrindən istifadədən asılı olduğunu qeyd edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Diqqətə çatdırıb ki, dünya bazarında neftin qiymətinin dəyişməsindən sonra Azərbaycanda yeni ciddi islahatlar start götürüb. Hazırda dövlət yönlü investisiyadan özəl sərmayəyə keçilməsi istiqamətində işlər görülür. Davamlı inkişafı təmin etmək üçün ölkəyə daha çox özəl investisiya lazımdır. Biz Azərbaycanın yeni strateji yol xəritəsini hazırlayır, davamlı inkişaf məqsədlərini Azərbaycan reallıqlarına uyğunlaşdıraraq müəyyən sahələr üzrə ixtisaslaşmağa çalışırıq.

İtaliyanın Bokkoni Universitetinin tədqiqat direktoru Edoardo Kroçi davamlı inkişaf və ekoloji sivilizasiyada urbanizasiya amilindən danışıb. 2005-ci ildən sonra əhali artımı üzrə əsas göstəriciləri diqqətə çatdıran E.Kroçi qeyd edib ki, böyük şəhərlərdə tullantılar ətraf mühitə ciddi zərər vurur, havanı çirkləndirir, iqlim dəyişikliyinə səbəb olur. Bunun qarşısının alınması üçün müvafiq infrastruktur formalaşdırılarkən əhali artımı, davamlı iqtisadi inkişaf və ekoloji sivilizasiya kompleks şəkildə nəzərdən keçirilməlidir.

“Dəyirmi masa”nın “Davamlı inkişaf konsepsiyasının həyata keçirilməsində vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin rolu” mövzusundakı üçüncü sessiyasının əsas məruzəçilərindən olan Kolumbiya Universitetinin (ABŞ) beynəlxalq münasibətlər və dövlət işləri fakültəsinin professoru Con Lourens bildirib ki, sivilizasiya konsepsiyası yenidən işlənilməlidir. Bəşəriyyətin mövcudluğu üçün gələcəkdə görüləcək işləri gənclərə öyrətmək lazımdır. Bu baxımdan atdığımız bütün addımlarda gələcək nəsillərin taleyi nəzərə alınmalıdır.

Azərbaycan gənclərinin keçid dövründə kifayət qədər yaxşı təsir bağışladıqlarını vurğulayan C.Lourens onların təhsilə böyük diqqət yetirdiklərini bildirib. Qeyd edib ki, Azərbaycan gəncləri öz ölkələrinə bağlıdırlar. Onlar xaricdə təhsil alıb, Vətənə qayıdırlar. Bu, başqa ölkələrlə müqayisədə yaxşı göstəricidir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov davamlı inkişafın insan resursları və informasiya təminatından danışıb. Bildirib ki, müvafiq prosesdə insanların bu konsepsiyaya yanaşması vacib məsələdir. Bu zaman medianın rolu aktuallaşır. Hazırda medianın əlinin çatmadığı sahə yoxdur. Davamlı inkişaf konsepsiyasının təbliğində, öyrənilməsində medianın əvəzsiz rolu var. Azərbaycanda söz və mətbuat azadlığı mövcuddur. Qlobal internet resurslarına çıxmaq üçün heç bir məhdudiyyət yoxdur. Ötən il orta məktəblər üçün davamlı inkişafa dair dərs vəsaiti hazırlanıb. Azərbaycan ərazisinin 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilib. Yəni, Azərbaycanda insan inkişafına xidmət edəcək resursların müəyyən hissəsi işğal altındadır. Davamlı inkişafa nail olmaq üçün müharibələrə son qoyulmalı, onların fəsadlarının qarşısı alınmalıdır.

Qırğızıstanın “AKİpress” İnformasiya Agentliyinin baş direktorunun müavini Venera Camankulova ölkəsində fəal vətəndaş cəmiyyətinin mövcud olduğunu qeyd edib. Bildirib ki, hökumət orqanları və kütləvi informasiya vasitələri sıx əməkdaşlıq edərsə, ekoloji problemlərin qarşısını almaq daha asan olar.

Sonra “dəyirmi masa”da dinlənilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələrdən sonra V Bakı Beynəlxalq Humanitar Forumunun bəyannaməsi müzakirə olunaraq qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni futbol ulduzları Bakı kəndlərinin yeniyetmələri arasından çıxacaq

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır