Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda maraqlı müzakirələr aparılmışdır VİDEO

Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Hyatt Regency” otelində keçirilən “dəyirmi masa”da “Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda müzakirələr aparılmışdır.

“Dəyirmi masa”ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov və fizika üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Stanford Universitetinin professoru Robert Betts Laflin həmsədrlik etmişlər.

Tədbiri açan akademik Urxan Ələkbərov Forumun əhəmiyyətindən danışaraq bu “dəyirmi masa”da 23 ölkədən nümayəndələrin iştirak etdiyini vurğulamışdır. Rektor Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq əməkdaşlıq üçün bu mövzunun vacibliyini bildirdiyini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da bu sahənin aktuallığını qeyd etdiyini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, “dəyirmi masa”da “Davamlı inkişaf naminə beynəlxalq humanitar əməkdaşlıq”, “Regional mədəni müxtəliflik və innovativ texnologiyalar davamlı inkişafın amilləri kimi” və “Ekoloji sivilizasiya - davamlı inkişafın məqsədi” mövzularında müzakirələr aparılacaqdır.  

Nobel mükafatlı laureatı Robert Betts Laflin müzakirə olunan mövzunun son illərdə daha böyük önəm kəsb etdiyini vurğulamışdır. Beynəlxalq əməkdaşlıq aparılmadan davamlı inkişafın təmin edilməsinin mümkün olmadığını diqqətə çatdıran alim Forumda qlobal əhəmiyyət daşıyan məsələlərin həllinə imkan verəcək nəticələrin əldə ediləcəyinə əminliyini bildirmişdir.

“Davamlı inkişaf naminə beynəlxalq humanitar əməkdaşlıq” mövzusundakı birinci bölmə iclasına Avropa Şurası Parlament Assambleyasının fəxri prezidenti, Haaqa Senatının üzvü Rene Van Der Linden və İtaliyanın Siena Universitetinin rektoru Angelo Rikkaboni sədrlik etmişlər.

Çıxış edən Rene Van Der Linden davamlı inkişafın təmin olunması üçün ölkələrin bir araya gələrək səylərini birləşdirmələrinin vacibliyini vurğulamışdır. O, bu prosesdə düzgün əlaqələndirilmiş əməkdaşlığın mühüm rol oynadığını demişdir. Biz ilk növbədə elə bir potensial yaratmalıyıq ki, təbii fəlakətləri əvvəlcədən proqnozlaşdıra, bu hadisələr zamanı bir-birimizə daha səmərəli yardım göstərə bilək.

Müasir cəmiyyətlərdə iqtisadi, sosial və ətraf mühit məsələlərinin diqqətdə saxlanılmasının zəruriliyini qeyd edən Angelo Rikkaboni bildirmişdir ki, qlobal iqtisadi böhran bu sahədə vəziyyəti daha da çətinləşdirmiş, dünyada yoxsulluğun artması ilə nəticələnmişdir. Minilliyin İnkişaf Məqsədlərinin əsas istiqamətlərindən olan yoxsulluqla mübarizədə yalnız hökumətlər deyil, qeyri-hökumət təşkilatları da maraqlıdırlar. O, 2015-ci ildə - Minilliyin İnkişaf Məqsədləri başa çatandan sonra qarşıda duran əsas vəzifənin yerinə yetirilməsini - davamlı inkişafı təmin etmək üçün sosial, iqtisadi və ətraf mühit amillərinin çox mühüm rol oynayacağını bildirmiş, bu baxımdan əməkdaşlığın əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.

Almaniyanın Mixael Sukkov adına Təbiətin Mühafizəsi Fondu Şurasının prezidenti, fəxri professor Mixael Sukkov çıxışında biomüxtəlifliyin qorunmasına geniş yer vermişdir. Azərbaycanın zəngin biomüxtəlifliyə malik ölkə olduğunu vurğulayan alim respublikamızda milli parkların yaradılması istiqamətində aparılan əməkdaşlıqdan danışmışdır. Bildirilmişdir ki, bu istiqamətdə 2001-ci ildə Bakıda tədbir keçirilmişdir. O, xalqımızın ümummilli lideri Heydər Əliyev ilə keçirilən görüşdə Ulu Öndərin milli parkların yaradılmasının vacibliyini irəli sürdüyünü diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Azərbaycan dövlətinin qayğısı sayəsində qısa müddətdə bir neçə milli park yaradılmışdır. Əlverişli iqliminə və təbiətinin rəngarəngliyinə görə dünyanın ən gözəl ölkəsi olan Azərbaycan biomüxtəlifliyin mühafizə edilməsinə xüsusi diqqətlə yanaşır. M.Sukkov, həmçinin Bakı Dövlət Universiteti ilə landşaft ekologiyasının qorunması üzrə layihə həyata keçirdiklərini və bu layihəyə gənc alimlərin cəlb edildiyini vurğulamışdır.

Bölmə iclasında əsas məruzələrdən sonra aparılan müzakirələrdə iştirak edən Ukrayna Ali Redaksiya Şurasının üzvü, akademik Yuri Şilov kurqanlarda aparılmış qazıntılar zamanı insanın biologiyası, onların təbiətlə əlaqələrinin aşkar edilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildirmişdir.

Davamlı inkişafa ehtiyacın getdikcə daha böyük önəm kəsb etdiyini vurğulayan Minillik Layihəsinin araşdırmalar üzrə direktoru, kanadalı Elizabeta Floresku bu prosesdə müasir texnologiyaların tətbiqinin və təhsilin mühüm rol oynadığını demişdir. Qeyd edilmişdir ki, gələcəkdə problemlərin həllində gənc nəslin fəal rol oynayacağı nəzərə alınaraq Azərbaycanda onların bu prosesdə geniş iştirakına xüsusi yer verilir.

Davamlı inkişafın təmin edilməsində insan kapitalının mühüm rola malik olduğunu vurğulayan İtaliyanın “Futura21” İnstitutunun prezidenti Roberto Bonino ekoloji vəziyyətin sağlamlaşdırılmasının, əlverişli iş şəraitinin yaradılmasının kreativliyə, səmərəliliyə imkan verdiyini qeyd etmişdir.

Koreya Respublikasının Qabaqcıl Elm və Texnologiyalar İnstitutunun mülki tikinti və ətraf mühitin qorunması üsulları kafedrasının professoru Heekyunq Park davamlı inkişafa nail olmaq üçün texnologiyaların, əraf mühitin, yerli şəraitin əlaqəli şəkildə nəzərə alınmasının vacibliyini vurğulamışdır.

Aparılan müzakirələrdə dayanıqlı inkişafa nail olmaq istiqamətində əməkdaşlığın gücləndirilməsinin, təhsilin keyfiyyətinin artırılmasının, məqsədli proqramların həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır. Həmçinin bu istiqamətdə Azərbaycanın son illərdə əldə etdiyi uğurlar yüksək qiymətləndirilmişdir. Azərbaycanın qısa müddətdə yoxsulluğun səviyyəsini dəfələrlə aşağı salması təcrübəsinin digər ölkələr tərəfindən öyrənilməsinin əhəmiyyəti vurğulanmışdır.

“Dəyirmi masa”nın “Regional mədəni müxtəliflik və innovativ texnologiyalar davamlı inkişafın amilləri kimi” mövzusunda keçirilən ikinci bölmə iclasının moderatorları Plexanov adına Rusiya İqtisad Universitetinin dövlət və ictimai təşkilatlarla əlaqələr üzrə prorektoru Sergey Markov və Pakistanın qadınların inkişafı, sosial təminatı və xüsusi təhsili üzrə Sind Kəraçi Hökumətinin əyalət naziri Rubina Saadat Qaimxani olmuşlar.

Biologiyanı və sosiologiyanı XXI əsrin əsas prioriteti olan uzun və sağlam həyat uğrunda əsas elmlər hesab edən Sergey Markov yeni biotexnologiyaların orqan və hüceyrə dəyişilməsinə imkan verməklə insan ömrünü uzatmağa qadir olduğunu bildirmişdir.

Forumun yüksək səviyyədə təşkilinə, bu mötəbər tədbirə dəvət edildiyimə və Azərbaycan kimi gözəl ölkə ilə tanış olmaq imkanı qazandığıma görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdaram, - deyən Rubina Saadat Qaimxani çıxışında mədəni müxtəlifliyin təşviqində və qlobal şəbəkələrin yaranmasında cəmiyyətlərin rolunun gücləndirilməsinin vacibliyini vurğulamışdır.

ABŞ-ın Kolumbiya Universitetinin professoru Con Lorens qlobal əhəmiyyətli məsələlərin müzakirə platformasına çevrilən Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü çatdırmışdır. İnsan kapitalının inkişaf etdirilməsinin vacibliyini vurğulayan C.Lorens Azərbaycanın bu istiqamətdə mühüm irəliləyişlər əldə etdiyini demişdir.

Dortmund Texnologiyalar Universitetinin professoru Ditvald Qrun yaşıl texnologiyaların və ətraf mühit planlaşdırılmasının milli siyasətə, iqtisadi, mədəni və təbii şəraitə uyğunlaşdırılmasının zəruriliyini vurğulamışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Vüsal Qasımlı yeni enerji mənbələrindən istifadə edilməsi istiqamətində ölkəmizdə son illərdə mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır. O, ətraf mühitin mühafizəsi ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu IDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyasının mühüm rol oynadığını bildirmişdir.

Sonra Fransanın “Nouvelle Ecole” və “Crisis” jurnallarının redaktoru Alan de Benoa, Türkiyə və Orta Şərq Dövlətlərinin İdarəçiliyi İnstitutunun baş direktoru Eyyub İsbir və digərləri mövzu ətrafında aparılan müzakirələrdə iştirak etmişlər.

“Dəyirmi masa”nın “Ekoloji sivilizasiya - davamlı inkişafın məqsədi” mövzusundakı üçüncü iclasının həmsədrləri ABŞ-ın Miçiqan Dövlət Universitetinin Ceyms Medison Kollecinin dekanı Şerman Qarnett, İtaliyanın Sapienzo Universitetinin professoru Sergio Marçizio və BMT-nin Tacikistan üzrə əlaqələndiricisi Aleksandr Zuev belə mötəbər Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını çatdırmışlar.

Bölmə iclasında “Ekoloji sivilizasiyaya keçid: Azərbaycanın təcrübəsi” mövzusunda məruzə ilə çıxış edən akademik Urxan Ələkbərov cəmiyyətlər arasında qeyri-bərabərliyin aradan qaldırılması üçün insan resurslarının yaradılması imkanlarının artırılmasının çox vacib amil olduğunu bildirmişdir. Burada təhsilin mühüm rol oynadığını qeyd edən rektor ölkəmizdə bu sahədə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır.

Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Qloballaşma və Dayanıqlı İnkişaf İnstitutunun direktoru, professor Nizami Məmmədov son illərdə davamlı inkişafa keçid istiqamətində görülən tədbirlərin əhəmiyyətindən, bu istiqamətdə əldə edilmiş nailiyyətlərdən danışmışdır.

 Müzakirələrdə çıxış edən Rusiya Elmlər Akademiyasının Ekologiya və Təkamül İnstitutunun professoru Valeri Neronov, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Abdeslem El Misbahi və digərləri gələcəkdə sivilizasiyalararası münasibətlərdə əsas amillərin ekoloji ölçülər olacağını vurğulamışlar. Müzakirələrdə, həmçinin bildirilmişdir ki, Azərbaycan burada yaşayan müxtəlif xalqlar arasında nümunəvi yaşayışı təmin etdiyi kimi, təbii müxtəlifliyini də çox yaxşı qoruya bilir. Bu, hər bir dövlət üçün nümunə olmalıdır.

“Dəyirmi masa”ya yekun vuran akademik Urxan Ələkbərov müzakirə edilən mövzunun əsas təşəbbüsçüsünün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olduğunu vurğulamış və ona təşəkkürlərini çatdırmışdır.

Sonda Üçüncü Bakı Beynəlxalq Forumunun Bəyannaməsi səsə qoyularaq qəbul edilmişdir.

“Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda maraqlı müzakirələr aparılmışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı