Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadi Sosial İnkişaf (Economic Social Development, ESD) təşkilatının “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfransı keçirilib. Bu, ESD-nin 70-ci, ESD ilə UNEC-in birgə keçirdiyi 3-cü konfransıdır.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən prorektor Sakit Yaqubov tədbirdə dünyanın bir sıra ölkələrinin (Almaniya, İspaniya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Rusiya, Belarus və s.) tədqiqatçıları ilə müzakirələr aparılacağını və qlobal çağırışların təhlil ediləcəyini bildirib. Təşkilat komitəsinə təqdim olunmuş 160-dan çox məqalə konfransın Elm Komitəsi tərəfindən qəbul edilib. Konfransa qəbul olunmuş məqalələr “Web of Science” və “EconLit” kimi beynəlxalq elmmetrik bazalarda yer alır.

UNEC-in elmi uğurlarından danışan prorektor məlumat verib ki, beynəlxalq indeksləşdirilmiş bazalarda UNEC-in çap olunmuş məqalələrinin sayı 2020-ci ildə 2015-ci ilə nisbətən 44,6 dəfə artıb. 1975-2020-ci illəri əhatə edən dövrdə UNEC-in “Web of Science”da çap olunmuş məqalələrinin 80,6 faizi 2015-2020-ci illərin payına düşür. 1997-2020-ci illəri əhatə edən dövrdə UNEC-in “Scopus”da çap olunmuş məqalələrinin 90 faizi 2015 -2020-ci illərin payına düşür. UNEC-in “Web of Science”də dərc edilmiş məqalələrinin Azərbaycanın bütün ali məktəbləri üzrə müvafiq payı 2015-ci ildə 0,9 faizdən 2020-ci ildə 10 faizə yüksəlib.

Sonra ESD təşkilat komitəsinin prezidenti Domagoj Cingula qeyd edib ki, BMT-nin təşəbbüsü ilə meydana çıxan davamlı inkişaf konsepsiyası ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sosial-fəlsəfi konsepsiyadır. Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən D.Cingula bildirib ki, ESD Beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov çıxışında qeyd edib ki, təbii resursların məhdudluğu, dünyada baş verən qloballaşma, əhali artımı, ətraf mühitin çirklənməsi, qlobal istiləşmə, torpaq sürüşmələri, təbii fəlakətlər və s. bu kimi problemlər mövcud ekosistemin dayanıqlılığını təhlükə qarşısında qoyaraq, gələcək nəsillərin inkişafını məhdudlaşdırır. Bu baxımdan dayanıqlı inkişafın istər qlobal və regional, istərsə də milli çərçivədə bir problem kimi öyrənilməsi, ölçülməsi və qiymətləndirilməsinə dair bir sıra elmi yanaşmalar, modellər və konsepsiyalar irəli sürülüb. Əslində “Davamlı inkişaf” nədir? Bu terminə bir çox təriflər verilib. Lakin onun mahiyyəti haqqında birmənalı, hamı tərəfindən qəbul olunmuş fikir hələ ki yoxdur. Davamlı inkişaf elə inkişaf formasıdır ki, gələcək nəsillərin tələbatlarını ödəməsini təhlükə altına salmadan indiki zamanın tələblərini ödəyən inkişaf nəzərdə tutulur.

N.Səfərov bildirib ki, dayanıqlı inkişaf konsepsiyası üç əsas sahənin: iqtisadi, sosial və ekoloji sahənin birləşməsi nəticəsində yaranıb. Qeyd olunan sahələrin hər birinin bu anlayışa öz yanaşma tərzi mövcuddur. Bütün bu sahələrin dayanıqlı inkişaf konsepsiyasına baxışlarını ümumiləşdirərək deyə bilərik ki, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün hər üç komponent balanslaşdırılmış şəkildə istifadə olunmalıdır. Bu üç sahənin bir-birinə təsir mexanizmi də çox önəmlidir. İqtisadi və sosial elementlərin bir-birinə təsiri nəticəsində cəmiyyət arasındakı sosial problemlərin mövcudluğu və onların həll olunması istiqamətində bir çox işlərin görülməsinə başlanılıb.

Davamlı inkişafın təmin olunması Azərbaycanın qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Göründüyü kimi, bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş, bütün sahələrini əhatə edən inkişafı nəzərdə tutur. Davamlı inkişaf iqtisadiyyatın artımının və insan fəaliyyətinin idarə edilməsinin elə bir formasıdır ki, o, çağdaş nəsillərin tələblərini ödəməyə qadirdir və eyni zamanda, gələcək nəsillərin də öz tələbatlarını ödəməsi üçün maneə yaratmır. Buradan aydın olduğu kimi, ətraf mühitin qorunması və resurslardan səmərəli istifadə olunması, eyni zamanda insanın inkişafı üçün də əlverişli sosial mühitin yaradılması nəzərdə tutulur.

Nazir müavini xatırladıb ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 2016-cı il oktyabrın 6-da Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Şuranın məqsədi ölkədə həyata keçirilən strategiyaların və dövlət proqramlarının Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etmək və məqsədlərə nail olunması barədə illik hesabatları hazırlamaqdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Bu gün Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə həssaslıqla yanaşan ölkələrdəndir. Bu, hər şeydən öncə Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edən amildir. Nazir müavininin sözlərinə görə, davamlı inkişafın təmin olunması təhsil sistemi qarşısında çox mühüm vəzifələr qoyur.

Firudin Qurbanov qeyd edib ki, milli təhsil sistemi dünyanın texnologiya yarışına maksimal dərəcədə qoşulmalıdır. XXI əsrin tələblərinə uyğun təhsildən danışarkən artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Müasir texnologiyalar əsri, müxtəlif çeşidli informasiya bolluğu gələcəkdə rəqabətqabiliyyətli məhsulların yaradılmasında iştirak edəcək mütəxəssislərin hazırlanması üçün yeni tələblər irəli sürür.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” barədə danışan nazir müavini qeyd edib ki, proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin hazırlanması, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Firudin Qurbanov çıxışının sonunda əlavə edib ki, ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır. Təhsilin bu istiqamətdə vəzifələri yeni mahiyyət və məzmun daşıyır.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, quruculuq işlərindən danışıb. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərimizdə iqtisadi fəallığın bərpa edilməsi bilavasitə dövlətin nəzarətindədir. İyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar açır.

Beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Konfrans UNEC-in rəsmi feysbuk səhifəsi və yutub kanalı üzərindən canlı yayımlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır