İDMAN


David Luiz zədə səbəbindən İngiltərə Premyer Liqasında mövsümün əvvəlini buraxacaq

Bakı, 10 sentyabr, AZƏRTAC

İngiltərənin “Arsenal” futbol klubunun müdafiəçisi David Luiz Premyer Liqada 2020-2021-ci il mövsümünün başlanğıcını buraxa bilər.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı braziliyalı müdafiəçi boynundan zədə alıb. D.Luiz İngiltərə çempionatının birinci turunda “Fulhem” komandası ilə oyunu buraxacaq. Müdafiəçi zədə səbəbindən təxminən bir ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, D.Luiz 2019-cu ildən London klubunun şərəfini qoruyur. Müdafiəçi bundan əvvəl “Çelsi”, “Paris Sen-Jermen”, “Benfika” və “Vitoria” kimi klublarda oynayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.