SİYASƏT


David Zalkaliani: Giorgi Qaxariyanın Azərbaycana səfəri böyük əhəmiyyət kəsb edir

Tbilisi, 10 oktyabr, AZƏRTAC

Baş Nazir Georgi Qaxariyanın hökumət başçısı kimi ilk xarici səfərini Azərbaycana etməsi bir daha göstərir ki, Gürcüstan əsas strateji tərəfdaşla münasibətlərin gücləndirilməsinə necə böyük önəm verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Georgi Qaxariyanın Azərbaycana səfərini şərh edərkən söyləyib.

Nazir deyib ki, Giorgi Qaxariyanın ilk səfərini qonşu və strateji tərəfdaş olan Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir. Bu səfər, həmçinin beynəlxalq əhəmiyyət daşıyır. Səfər çərçivəsində ikitərəfli münasibətlər, eləcə də regiondakı vəziyyət, geosiyasi əhəmiyyət kəsb edən nəqliyyat və infrastruktur layihələri də nəzərdən keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.