SİYASƏT


David Zalkaliani: Gürcüstan Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması ideyasına sadiqdir

Tbilisi, 13 avqust, AZƏRTAC

Regional əməkdaşlıq uzunmüddətli və dayanıqlı inkişaf üçün əsas hərəkətverici qüvvədir və bunun ən yaxşı nümunəsi Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani “Gürcüstan və qonşuluq” mövzusunda keçirilən illik konfransda söyləyib.

Cənub Qaz Dəhlizi layihəsindən bəhs edən nazir deyib ki, onun ölkəsi bu layihənin reallaşdırılması ideyasına tam sadiqdir: “Gürcüstan, Azərbaycan və Türkiyə arasında unikal regional sinergiya var. Bir tərəfdən Azərbaycanın enerji ehtiyatlarına artan tələbatın ödənilməsi mümkün olur, digər tərəfdən isə Gürcüstan və Türkiyənin tranzit potensialı Avropa bazarlarına əlavə resursların çatdırılması üçün unikal imkan yaradır”.

D.Zalkaliani söyləyib ki, ötən il Gürcüstanın Baş Naziri, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə baş tutan TANAP-ın ikinci hissəsinin açılması regional əməkdaşlığın daha bir nümunəsidir. Bu layihə Avropanın təhlükəsizliyində yeni səhifə açır və Cənub Qaz Dəhlizinin tam gücü ilə işləməsini təmin edir.

Nazir, Mərkəzi Asiya ölkələrini Gürcüstanın nəqliyyat və kommunikasiya layihələri ilə əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının yaxın zamanlarda başa çatdırılacağına ümidvar olduğunu bildirib.

“Regional əməkdaşlıq Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır. Bununla bağlı Gürcüstanın siyasəti dəyişməyib”, - deyə D.Zalkaliani vurğulayıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.