SİYASƏT


David Zalkaliani: Gürcüstan ilə Azərbaycan arasında bütün vacib məsələlər üzrə qarşılıqlı dəstək mövcuddur VİDEO

Tbilisi, 23 yanvar, AZƏRTAC

Gürcüstan ilə Azərbaycan arasında bütün vacib məsələlər üzrə qarşılıqlı dəstək, problemli məsələlərə bağlı isə adekvat yanaşmalar mövcuddur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani ölkəsinin Baş naziri Mamuka Baxtadze ilə Azərbaycan Prezidenti İlham Əliyevin Davosda keçirilən görüşünü şərh edərkən deyib.

D.Zalkaliani deyib: “Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Görüşdə iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq bir daha vurğulanıb. Tərəflər həyata keçirilən birgə layihələrə xüsusi diqqət ayırıblar. Mərkəzi Asiyadan yüklərin cəlb olunması baxımından Gürcüstan və Azərbaycanın nəqliyyat potensialı barədə də müzakirə aparılıb”.

Onun sözlərinə görə, görüşdə, həmçinin TANAP və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri də diqqət mərkəzində olub. Bildirilib ki, dünyada böyük rəqabət var. Ona görə də Gürcüstan və Azərbaycan nəqliyyat magistrallarının rəqabətliliyinin saxlanılması üçün birgə çalışmalıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.