SİYASƏT
David Zalkaliani: Sülh razılaşması bölgədə davamlı sülh yaratmağa imkan verəcək
Tbilisi, 12 noyabr, AZƏRTAC
Gürcüstan Cənubi Qafqazın bir parçasıdır və bölgədə baş verən prosesləri diqqətlə izləyir.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalına müsahibəsində deyib.
Nazir bildirib ki, Rusiya və Türkiyənin iştirakı ilə razılığın əldə edilməsi Azərbaycanın və Ermənistanın seçimi olub.
Zalkaliani qeyd edib: “Gürcüstan bununla bağlı mövqeyini çox açıq şəkildə ifadə edib. Ümid edirəm ki, sülh razılaşması tərəflərə bölgədə davamlı sülh yaratmaq imkanı verəcək”.
Nazir Gürcüstanın sülh prosesindəki rolu ilə bağlı təklifinin qüvvədə qaldığını vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi