İDMAN


Davide Zappakostanın “Roma”ya keçidi yekunlaşıb

Bakı, 22 avqust, Nicat Məmmədov, AZƏRTAC

İngiltərənin “Çelsi” klubu müdafiəçisi Davide Zappakostanı İtaliyanın “Roma” klubuna icarəyə verib.

AZƏRTAC “Gazeta.ru” saytına istinadla xəbər verir ki, “Roma” 27 yaşlı cinah müdafiəçisini bir ildən sonra transfer etmək şərti ilə bir mövsüm üçün icarəyə götürüb. Paytaxt təmsilçisi “Çelsi”yə birillik icarəyə görə, 3,4 milyon avro ödəyəcək. İtaliyalı oyunçu artıq yeni klubunda tibbi müayinədən də keçib.

Qeyd edək ki, Zappakosta 2017-ci ildən “Çelsi”nin formasını geyinir. O, bu il London təmsilçisinin heyətində finalı Bakı Olimpiya Stadionunda reallaşan UEFA Avropa Liqasının qalibi olub. Həmin görüşdə “Çelsi” İngiltərənin digər klubu “Arsenal”ı 4:1 hesabı ilə üstələyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.