İDMAN
Davud Məmmədsoy cüdo üzrə “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
Bakı, 18 fevral, AZƏRTAC
Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirində cüdoçumuz Davud Məmmədsoy qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində gücünü sınayan cüdoçumuz bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə Gürcüstan təmsilçisi Temur Nozadze ilə mübarizə aparan D.Məmmədsoy onun üzərində inamla qələbə qazanaraq birinci yeri tutub.
Qeyd edək ki, turnirin birinci günündə 7 cüdoçumuz mübarizəyə qoşulub.
Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:22]
“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq
- 28.03.2024 [12:43]
Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər
- 28.03.2024 [12:17]
Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib
- 28.03.2024 [11:56]
Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər
- 28.03.2024 [11:44]
Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər
- 28.03.2024 [09:25]