MƏDƏNİYYƏT


“Daxildəki ada” bədii filminin çəkilişlərinə başlanılıb

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Coyote Cinema” MMC-nin birgə istehsalı olan “Daxildəki ada” tammetrajli bədii filminin çəkilişlərinə başlanılıb.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Elturan Məmmədov, icraçı prodüseri Nadir Əliyev, prodüserləri Müşfiq Hətəmov və Rüfət Həsənovdur.

Filmdə rolları Orxan Tarverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və digərləri canlandırırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.