CƏMİYYƏT


Daxili İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edib

Bakı, 18 yanvar, AZƏRTAC

Daxili İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar vətəndaşlara müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, ziyarətçilərin təhlükəsizliyi, rahat və fasiləsiz hərəkəti, xüsusi karantin rejim qaydalarına uyğun olaraq təşkil ediləcək.

Ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafəni gözləməli, 10 nəfərdən çox olmamaqla qrup halında hərəkət etməlidirlər.

Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla, tədbir tam başa çatanadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının yanından Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkətinin dayandırılması nəzərdə tutulur.

Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.