CƏMİYYƏT


Daxili İşlər Nazirliyi Abşeronda it döyüşdürən şəxslərin fotosunu yaydı VİDEO

Bakı, 29 may, AZƏRTAC

Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilmiş it döyüşlərini əks etdirən videogörüntülər paylaşılmışdı. Bununla bağlı DİN Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün göstəriş verilib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib və onlardan 4-ü – Bakı şəhər sakinləri Rüfət Bədəlov, Hüseyn Əliyev, Murad Ştayev və Qubadlı rayon sakini, hazırda Sumqayıt şəhərində yaşayan Mətləb Əliyev saxlanılıb.

Şəxsi axtarış zamanı Mətləb Əliyevdən narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb. Faktla əlaqədar cinayət məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsaletmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb və Mətləb Əliyev barəsində məhkəmənin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rüfət Bədəlov, Hüseyn Əliyev və Murad Ştayev isə aparılan araşdırma ilə əlaqədar izahatlarının alınması üçün polisə dəvət edilərkən qəsdən tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmayıblar. Odur ki, onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və məhkəmənin qərarı ilə hər biri bir ay müddətinə inzibati qaydada həbs olunublar.

Qaldırılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.