CƏMİYYƏT


Daxili İşlər Nazirliyi İmişli “ASAN xidmət” mərkəzində vakant vəzifələrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) İmişli rayon “ASAN xidmət” mərkəzində Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan üç yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə yaşı 25-dən yuxarı olmayan, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” ilə müəyyən olunmuş şərtlərə cavab verən, ali və ya orta ixtisas təhsilli, özü və yaxın qohumları məhkum edilməmiş, yaşayış yeri üzrə İmişlidə və ətraf rayonlarda daimi qeydiyyatda olan, boyu 160 santimetrdən yuxarı qadın, 170 santimetrdən yuxarı olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş kişi vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Ali təhsilli, xarici dil bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabrın 30-dan noyabrın 20-dək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri Nizami rayonu Məhsəti küçəsi 160 ünvanında yerləşən DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arxiv uçot şöbəsinə müraciət etməlidirlər. Müraciət üçün şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli, əmək kitabçası (olanlar üçün) və hərbi bilet (kişilər üçün) təqdim olunmalıdır.

Əlavə məlumatı (012) 570-70-80 nömrəsindən almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.