CƏMİYYƏT


Daxili İşlər Nazirliyi: Müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə ezam olunublar

Bakı, 28 oktyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın silahlı qüvvələri oktyabrın 28-də günorta saatlarında Bərdə şəhərinin mərkəzini reaktiv sistemlərdən atəşə tutub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nəticədə mülki əhali arasında ölən və xəsarət alanlar var, infrastruktura ciddi ziyan dəyib.

DİN rəhbərliyinin tapşırığı ilə yaralı vətəndaşların xəstəxanalara vaxtında çatdırılması, şəhərdə və yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, eləcə də vətəndaşlara məxsus əmlakın mühafizəsi üçün Bərdə Rayon Polis Şöbəsinə kömək məqsədilə müəyyən sayda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları təcili Bərdəyə ezam olunublar.

Hazırda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları şəhərdə gücləndirilmiş iş şəraitində xidmətlərini davam etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.