CƏMİYYƏT


Daxili İşlər Nazirliyi Qarabağ Dirçəliş Fonduna ianə edib

Bakı, 16 may, AZƏRTAC

İşğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstək göstərilməsi məqsədilə Daxili İşlər Nazirliyi tərəfindən Qarabağ Dirçəliş Fonduna (QDF) 200 min manat məbləğində ianə edilib.

Bu barədə AZƏRTAC-a QDF-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qarabağ Dirçəliş Fondu bu nəcib addıma görə Daxili İşlər Nazirliyinə təşəkkür edir və hər kəsi işğaldan azad olunan ərazilərə dəyən zərərin aradan qaldırılması, bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində görülən işlərə dəstək olmağa çağırır.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə Qarabağın uzun illər davam edən işğalına son qoydu. Azərbaycan dövlətinin tarixində əbədi qalacaq bu Qələbə ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratdı. Həmvətənlərimizin etdiyi ianələr işğaldan azad olunan ərazilərin bərpası və yenidən qurulması, eyni zamanda, Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etmiş 1 milyondan çox azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıtması prosesini sürətləndirməyə imkan yaradacaq.

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən minlərlə həmvətənimiz, yüzlərlə şirkət Qarabağın dirçəlişi kimi mühüm bir dəyər ətrafında birləşmək, bu istiqamətdə görülən işlərə dəstək olmaq məqsədilə birlik nümayiş etdirərək könüllülük prinsipi əsasında Fonda ianə edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.