CƏMİYYƏT


Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant vəzifələrə müsabiqə elan edir

Bakı, 12 iyun, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) Tibb İdarəsinin müalicə-profilaktika müəssisələrində vakant olan 7 tibb bacısı, 2 rentgen-laborant və 1 tibb qeydiyyatçısı vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə Azərbaycan Respublikasının dövlət orta-ixtisas təhsil müəssisələrində tibb bacısı və ya feldşer ixtisası almış, yaşı 25-dən yuxarı olmayan, ixtisası üzrə azı 3 il təcrübəyə malik, boyu 160 santimetrdən aşağı olmayan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyənləşdirilən şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər iyunun 15-dən iyulun 15-dək http://www.mia.gov.az/index.php?/az/content/29942 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Tibb İdarəsinin [email protected] ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət olunan namizədlər şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu və əmək kitabçasının surətini təqdim etməlidirlər.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə veriləcək. Onların qanunvericiliklə müəyyənləşdirilən qaydada daxili işlər orqanları əməkdaşlarına şamil edilən bütün imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumatı (012) 590-20-59 və 590-20-94 nömrəli telefonlar vasitəsilə almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.