CƏMİYYƏT


Daxili İşlər Nazirliyi ilə BMT-nin bir çox təsisatları arasında əməkdaşlıq uğurla davam edir

Daxili İşlər Nazirliyi ilə BMT-nin bir çox təsisatları arasında əməkdaşlıq uğurla davam edir

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə nümayəndəsi xanım Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir BMT-nin bir çox təsisatları ilə nazirlik arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, ölkəmizin BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq konvensiya və protokolların iştirakçısı olaraq, Təşkilatın bir çox xüsusi qurum və orqanları ilə faydalı əməkdaşlıq münasibətlərini davam etdirdiyini vurğulayıb.

Xanım Aşita Mittal Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həyata keçirildiyini, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb. O, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.