CƏMİYYƏT


Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib

Bakı, 13 sentyabr, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) alqı-satqı saytlarında yol verilən dələduzluq halları ilə bağlı vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a daxil olan müraciətdə bildirilib ki, bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzilin dəyərindən çox aşağı qiymətə elan qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər. Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər.

Nazirlik belə şəxslərə inanıb mənzillərə baxış keçirmədən heç bir halda ödəniş etməmələrini bir daha vətəndaşların nəzərinə çatdırır: “Belə hallarla üzləşən şəxslər Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.