CƏMİYYƏT


Daxili İşlər Nazirliyi xidmətə qəbulla bağlı müsabiqə elan edir

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) Tibb İdarəsinin müalicə–profilaktika müəssisələrində 3 həkim – travmatoloq, 1 həkim – neyrocərrah, 1 həkim – uroloq, 3 həkim – narkoloq və 1 həkim – nefroloq, ümumilikdə vakant olan 9 vəzifə üzrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə dövlət ali təhsil müəssisələrində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci il oktyabrın 20-dən noyabrın 20-dək

http://www.mia.gov.az/index.php?/az/content/29875 ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin [email protected] internet ünvanına göndərməlidirlər. 

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər bu sənədləri təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi bilet (kişilər üçün), əmək kitabçasının surəti.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: 012-590-20-59, 012-590-20-94.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.