ELM VƏ TƏHSİL


Daxili İşlər Nazirliyinin rəsmiləri AMEA-nın Yüksək Texnologiyalar Parkında istehsal prosesi barədə məlumatlandırılıb

Bakı, 8 fevral, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Maddi Texniki Təminat Baş İdarəsinin avtomobil təsərrüfatının rəis müavini, polis mayoru Samir Ağayev, idarənin maliyyə hissə rəisi, polis mayoru Rəşad Əliyev və avtonəqliyyat şöbəsinin inspektoru, polis leytenantı Elvin Xəlilovdan ibarət nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal prosesi ilə tanış olublar.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, DİN-in rəsmilərinə YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzinin (SEASM) laboratoriya avadanlıqları, imkanları və göstərilən xidmətləri barədə məlumat verilib, onların sualları cavablandırılıb. Bundan əlavə, “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin, o cümlədən İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə akademiya arasında yaradılmış “Millers Oils Azerbaijan”ın istehsal sahəsi ilə tanış olub, hazır məhsul anbarında toplanılmış mallara baxış keçirilib.

Qonaqlar DİN-in nəzdindəki avtomobillərin istifadə etdikləri mühərrik yağlarına olan tələbatı ödəmək, o cümlədən idxaldan asılılığı azaltmaq üçün YT Park tərəfindən istehsal olunan müxtəlif çeşidli və üstün keyfiyyətli məhsulların alınması ilə bağlı əməkdaşlığın qurulmasının zəruriliyini vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.