CƏMİYYƏT


Daxili İşlər Nazirliyinin və onun yerli qurumlarının şəxsi heyəti bu gün 11 min 400 ağac əkib

Bakı, 6 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində keçirilən ağacəkmə kampaniyasında Daxili İşlər Nazirliyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 6-da respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxt Bakı da daxil olmaqla ölkəmizin digər şəhər və rayonlarında ümumilikdə 11 min 400 ədəd şam və küknar ağacı əkilib. Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.