İQTİSADİYYAT
Daxili İşlər və Müdafiə nazirliklərinin mütəxəssisləri üçün təlimlər keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri" mövzusunda növbəti təlimlər keçirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, budəfəki təlimlərdə Daxili İşlər və Müdafiə nazirliklərinin 70-dən çox mütəxəssisi iştirak edib. Təlimlərdə iştirakçılara dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, təlimlər dövlət vəsaitlərindən daha səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin nəzəri biliklərinin artırılması məqsədilə keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:55]
® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 24.04.2024 [15:31]
Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib
- 24.04.2024 [13:07]