REGİONLAR


Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının futbol komandası birinciliyin qalibi olub

Naxçıvan, 2 oktyabr, AZƏRTAC

Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçular arasında “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan futbol birinciliyinin qalibləri müəyyənləşib. Birincilikdə 17 komanda mübarizə aparıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının təşkil etdiyi və olimpiya sistemi ilə keçirilən birincilikdə oyunları Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının hakimləri idarə ediblər.

Geniş tamaşaçı kütləsinin izlədiyi birincilik gərgin mübarizə şəraitində keçib. Ən güclü 2 komandanın mübarizə apardığı final görüşündə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının futbol komandası 5-0 hesabı ilə qələbə qazanıb. Hərbi qulluqçuların futbol birinciliyində ikinci yerdə motoatıcılar, üçüncü yerdə isə xüsusi təyinatlılar qərarlaşıb.

İlk üçlükdə qərarlaşan komandalar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən diplom və kuboklarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.