Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Daxili Qoşunların şəhid zabiti Türkay Hüseynli döyüş tapşırıqlarını rəşadətlə yerinə yetirirdi

Bakı, 16 yanvar, AZƏRTAC 

Azərbaycan Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, eləcə də vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 11 nəfər hərbi qulluqçusundan biri də şəhid kapitan Türkay Nizami oğlu Hüseynlidir. O, həmçinin “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medallarına da layiq görülüb.

AZƏRTAC “Əsgər” qəzetinin redaktoru mayor Anar Əhmədovun Daxili Qoşunların şəhid zabiti, kapitan Türkay Hüseynlinin həyat və döyüş yolu haqqında məqaləsini təqdim edir.

Türkay Hüseynli 1990-cı il noyabrın 25-də Bakı şəhərində anadan olub. O, orta təhsilini Daxili Qoşunların Birinci Qarabağ müharibəsində şəhid olmuş giziri Etibar Şirəliyevin adını daşıyan 274 saylı orta məktəbdə alıb. Müddətli həqiqi hərbi xidmətini 2009-2010-cu illərdə Daxili Qoşunların Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində keçib. Müddətli hərbi xidmətini başa vurduqdan sonra elə həmin hərbi hissənin xüsusi təyinatlı dəstəsində qalaraq, 2012-ci ilin iyulunadək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə olan borcunu yerinə yetirməyə başlayıb. Zabit kimi xidmətini davam etdirmək arzusunda olan silahdaşımız 2012-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olub. 2014-cü ildə bu hərbi təhsil ocağını bitirərək leytenant hərbi rütbəsi alan Türkay zabit kimi ilk olaraq qoşunların Quba rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayıb. 2019-cu ilin fevralınadək burada müxtəlif bölmələrin tərkibində taqım və qrup komandiri vəzifələrində xidmət edib. Yüksək döyüş hazırlığı, nümunəvi və qüsursuz xidmətilə fərqlənən hərbi qulluqçu kimi “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Türkay Hüseynli xidmət etdiyi dövrdə iki dəfə Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando Məktəbləri və Təlim Mərkəzi Komandanlığında gizir və zabit komandir təməl kurslarında təhsil alıb. 2019-cu ilin iyulundan etibarən Daxili Qoşunların Sumqayıt şəhərindəki “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri vəzifəsində xidmət edib.

Daxili Qoşunların “N” saylı hərbi hissəsində “Əqrəb” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin komandiri mayor Ələsgər Muxtarov vaxtilə birgə xidmət etdiyi qrup komandirinin mərdliyi və qorxmazlığı haqqında bu gün də ağızdolusu danışır: “44 gün davam edən Vətən müharibəsində dəstəmizin 6 nəfər hərbi qulluqçusu qəhrəmancasına vuruşaraq şəhid olub. Onlardan biri də qrup komandiri kapitan Türkay Hüseynlidir. O, istər nəzəri, istərsə də keçirilən bütün praktiki məşğələlərdə ən aktiv qrup komandirlərindən biri idi. Qarşıya qoyulan bütün tapşırıqları vicdanla yerinə yetirir, şəxsi heyət üçün hər zaman nümunə göstərirdi.

Yaxşı yadımdadır, döyüş öncəsi şəxsi heyətə tapşırıqlar verirdim. Bu vaxt Türkay qətiyyətlə dedi: “Cənab mayor, ölmək var, dönmək yoxdur”. Sonra üzünü şəxsi heyətə tutdu: “Xüsusi təyinatlı illərlə yaşayır, lakin bir dəfə lazım olur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canımızdan keçməyə hazır olmalıyıq”, - deyə qürur hissi ilə bildirdi.

Gözündə heç zaman qorxu olmazdı. Elə döyüşə də gözünü qırpmadan atıldı. Onun qrupu döyüş tapşırıqlarının yerinə yetirilməsində rəşadət göstərdi”.

3 oktyabr 2020-ci il... Cəbrayıl istiqamətində gedən döyüş Türkayın son döyüşü oldu. Komandiri olduğu qrupun şəxsi heyəti ilə birgə rayonun Böyük Mərcanlı kəndi ətrafındakı yüksəklikdə düşmənin 30 il ərzində möhkəmləndirilmiş birinci müdafiə xəttini darmadağın etdi. Ermənilərin xeyli sayda canlı qüvvəsi, eləcə də 8 tankı və 1 topu məhv edildi. Lakin düşmənin bu istiqamətdəki ikinci müdafiə səddinin yarılması uğrunda gedən şiddətli döyüş zamanı erməni snayperinin açdığı atəşi nəticəsində ağır yaralanan kapitan Türkay Hüseynli qəhrəmancasına şəhid oldu...

Bu döyüşdə cəsur komandirlə birgə vuruşan Daxili Qoşunların digər hərbi qulluqçuları – çavuş Məmmədov Elvin Tərlan oğlu və əsgər Abasov Ayaz Nizami oğlu da qəhrəmancasına həlak oldular.

Kapitan Türkay Hüseynli 2020-ci il oktyabrın 3-də Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olundu.

Şəhid zabitimizin atası Nizami Elyanar Göyçəvi 8 kitabın müəllifidir. O, Türkay kimi şəhid oğullarımızla qürur duyduğunu deyir: “Türkayla sonuncu dəfə oktyabrın 2-də saat 18:20-də danışmışdıq. Özü zəng etmişdi. Dedi ki, problem yoxdur, hər şey yaxşıdır. Özünüzdən muğayat olun, məndən nigaran qalmayın.

Müharibəyə yoldaşları ilə birgə xüsusi igidlik göstəriblər. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv ediblər, texnikalarını ələ keçiriblər. Həmin döyüşdə oğlum Türkay şəhid oldu...”

Şəhidliyin oğlu üçün sanki bir amal, əqidə yolu olduğunu deyən Nizami müəllim xatırlayır: “Üç il bundan əvvəl, Daxili Qoşunların Qubada yerləşən hərbi hissəsində xidmət etdiyi vaxt məzuniyyətə gəlmişdi. Gəlib yanımda oturdu. Nədənsə belə bir fikir səsləndirdi: “Şəhidlik məqamına yüksəlmək lazımdır”. Düzü, başım qarışıq olduğundan, həmin vaxt bu sözü nə üçün dediyinə fikir vermədim. O da daha heç nə demədi. Lakin indi başa düşürəm ki, sən demə, bu müqəddəs zirvəyə yüksəlmək onun həyat amalı idi...

Qüsursuz və nümunəvi xidmətinə görə vaxtından əvvəl ona kapitan hərbi rütbəsi vermişdilər. Hələ evlənməmişdi. Noyabrın 25-də 30 yaşı tamam oldu. Mənim oğlum sağdır, ölməyib, şəhidlər ölmürlər...”.

Sonda şəhidin atası Nizami müəllimin qeyd etdiyi kimi, həqiqətən də şəhidlər ölmürlər. Vətən uğrunda canını qurban verən Türkay kimi igid oğullarımızın əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hərbi Dəniz Qüvvələri və FHN-nin “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub