CƏMİYYƏT


Daxili işlər naziri tərəfindən keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı dəyişib

Bakı, 11 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 15-17-də Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın Bakıda keçirilməsi ilə əlaqədar aprelin 15-də saat 8.00-da daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən DİN-in Əlahiddə Çevik Polis Alayında, Bakı Şəhər Baş Polis İdarəsinin tabeli orqanlarında və Sumqayıt, Abşeron şəhər, rayon polis idarələrində vakant (500 ştat) post-patrul xidmətinin polis nəfəri (kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla bağlı Bakı şəhəri Nobel prospekti 69 ünvanında yerləşən Əlahiddə Çevik Polis Alayında keçirilməsi nəzərdə tutulan sıra baxışının vaxtı dəyişdirilərək aprelin 19-u saat 8.00-a keçirilib.

Əlavə məlumat (012)-590-97-52, 590-94-12, 590-92-37 və 590-93-45 əlaqə telefonlarından almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.