CƏMİYYƏT
Daxili işlər orqanları həftə sonu törədilmiş 85 cinayətin üstünü “isti izlər”lə açıblar
Bakı, 17 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) yanvarın 15-16-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 85 cinayətin üstünü “isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 45 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatla bağlı 23 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.