Daxili işlər orqanlarının əməkdaşları həftəsonu ölkə ərazisində qeydə alınan cinayətlərdən 73-nün üstünü açıblar
AzerTAg.az
Bakı, 4 iyul, AZƏRTAC
İyulun 2-də və 3–də ölkə ərazisində qeydə alınan cinayətlərdən 73-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın üstünün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarılan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən yeddi yol-nəqliyyat hadisəsi baş verib, nəticədə yeddi nəfər ölüb, iki nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı iki fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Xəbərin mətnində orfoqrafik səhv var