ELM VƏ TƏHSİL
Daxili işlər orqanlarının orta rəis heyəti vəzifələrində xidmətə qəbul üzrə test imtahanının nəticələri açıqlanmışdır
Bakı, 8 fevral (AZƏRTAC). Xəbər verildiyi kimi, fevralın 8-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, imtahan nəticələri fevralın 8-də saat 16.45-dən etibarən TQDK-nın internet səhifəsində yerləşdirilmişdir. Hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunmuşdur.
Müsabiqədə iştirak etmək üçün 314 nəfərin namizədliyi qeydə alınmışdır. Onlardan 6 nəfəri imtahanda iştirak etməmişdir.
Namizədlərdən 89 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılmışlar. İmtahanda ən yüksək nəticə 92 bal olmuşdur.