SİYASƏT


Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi VİDEO

Bakı, 25 iyun, AZƏRTAC

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində təşkil edilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender əsaslı dövlət xidmətlərinin təşviqi” mövzusunda seminar öz işini sessiyalarla davam etdirib.

AZƏRTAC xəbər verir ki, seminarın əsas məqsədi siyasətçilərin və təcrübəçilərin məlumat mübadiləsinin və potensialının gücləndirilməsinə kömək etmək, dövlət xidmətlərinin gender həssaslığını artırmaq üçün innovativ təcrübələr əsasında sahələrarası və ölkələrarası biliyi əhatə etmək, xidmətlərin bütün qadın və qızlara, xüsusən də müxtəlif ayrı-seçkilik formalarına məruz qalanlara çatmasının necə təmin oluna biləcəyini müzakirə etmək olub.

BMT-nin Qadınlar Təşkilatının Türkiyə ofisinin proqram meneceri Zeynəb Aydəmir Koyuncunun moderatorluğu ilə keçən sessiyada əvvəlcə gender bərabərliyinə həsr olunan videoçarx nümayiş olunub.

Daha sonra mövzu ilə bağlı müxtəlif suallardan ibarət interaktiv oyun təşkil edilib və sessiya iştirakçıları suallarla bağlı öz fikirlərini bölüşüblər.

Sessiyada BMT-nin Qadınlar Təşkilatının regional müşaviri Ermira Lubani, Serbiya üzrə rəhbəri Milana Rikanoviç çıxış edərək gender balansının qorunması, qadınların ictimai həyatda fəallığının artırılması istiqamətində görülən işlər, dövlət qurumlarının gender əsaslı dövlət xidmətləri, rolları və məsuliyyətləri üçün əsas çərçivələr barədə danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.