CƏMİYYƏT


“Dayanıqlı gələcəyin üçün fikrini bildir!” adlı sorğuya start verilib

Bakı, 12 mart, AZƏRTAC 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA), Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı ilə “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” adlı sorğuya (www.dim.nayora.az) start verilib.

AZƏRTAC ATGTİ-nın saytına istinadla xəbər verir ki, “Dayanıqlı gələcəyin üçün fikrini bildir!” adlı sorğu Dayanıqlı İnkişaf Məqsədləri tematikası istiqamətində keçirilməsi planlaşdırılan layihələrin keyfiyyətini artırmaq, məlumatlılıq səviyyəsini ölçmək və vahid məlumat bazasını formalaşdırmaq məqsədi daşıyır. Sorğu Birləşmiş Millətlər Təşkilatının “Davamlı inkişaf üçün hərəkət planı” adlı gündəliyinin 2030-cu ilə qədər həlli planlaşdırılan hədəflərindən 2019-cu il üçün seçilmiş 6 prioritet Məqsəd üzərində hazırlanıb. “Heç kəs geridə qalmasın” şüarını rəhbər tutan sorğu NAYORA tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin əsas problemləri və ambisiyaları barədə fikirləri bölüşmək üçün yaradılıb.

NAYORA tərəfindən hazırlanan sorğunun nəticələri aşağıdakı məqsədlər üçün istifadə olunacaq:

- Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlılıq dərəcəsinin ölçülməsi;

- Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı gələcək fəaliyyət istiqamətlərinin seçilməsi;

- Sorğu cavablarının nəticəsi olaraq, gənclərin iştirakçılığının artırılmasının həlli yollarının tapılması;

- Həyata keçiriləcək layihələrin sorğunun statistikası əsasında planlaşdırılması və reallaşdırılması və eyni zamanda, lazımi hallarda bu sahədə çalışan dövlət qurumlarına və BMT-nin Azərbaycan ofisinə tövsiyələrin verilməsi.

Sorğu martın 15-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.