ELM VƏ TƏHSİL


“Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi uğurla reallaşdırılır

Bakı, 30 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) arasında “2016-2020-ci illər üçün Azərbaycan Hökuməti-UNICEF Əməkdaşlıq Proqramı” çərçivəsində imzalanmış “2018-2019-cu illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na müvafiq olaraq “Dayanıqlı inkişaf üçün ekoloji təhsil” layihəsi reallaşdırılır.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində bu qurumun Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Bakı şəhərinin uşaq-gənclər inkişaf mərkəzlərində ekologiya sahəsi üzrə çalışan metodist və dərnək rəhbərlərinə təlimlər keçirilib.

Təlimlər “Müxtəlif yaş qrupları üzrə ekoloji biliklərin artırılmasında yeni metodlar”, “Dayanıqlı inkişaf məqsədləri və ekoloji maarifləndirmə”, “Məktəbdənkənar təhsilin inkişafinda praktiki bacarığın artırılması” mövzularında təşkil olunub. Sonda iştirakçılara sertifikatlar verilib.

Layihənin növbəti mərhələsində ekoloji problemlərə ictimai diqqətin artırılması məqsədi ilə VI-IX sinif şagirdləri arasında qısametrajlı film müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasiminin təşkili planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.