İDMAN


De Liqt “Qolden boy” mükafatını qazanıb

Bakı, 17 dekabr, AZƏRTAC

Hollandiyanın “Ayaks” futbol klubunu müdafiəçisi Mattis de Liqt “Qızıl oğlan” (“Qolden boy”) mükafatına layiq görülüb.

AZƏRTAC “Tuttosport”a istinadla xəbər verir ki, mükafat hər il Avropada ən yaxşı 21 yaşadək futbolçuya verilir. Hollandiyalı futbolçu siyahıda “Liverpul”un müdafiəçisi Trent Aleksandr Arnold, “Milan”ın hücumçusu Patrik Ketron, “Roma”nın yarımmüdafiəçisi Castin Kluivert və “Real Madrid”in yarımmüdafiəçisi Vinisius Cunioru qabaqlayıb.

Müdafiəçi karyerasında 2016-cı ildə “Ayaks”da debüt edib. Hazırda “Ayaks”ın kapitanı olan 19 yaşlı futbolçu 59 oyunda 7 qol vurub. O, milli komandanın heyətində 13 oyunda meydana çıxıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.