REGİONLAR


Dədə Qorqud söz söyləyir, igidlər qılınc oynadır - II Milli Yaylaq Festivalı uğurla davam edir VİDEO

Göygöl, 30 iyul, Elcan Məmmədov, AZƏRTAC

İyulun 30-da Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında II Milli Yaylaq Festivalının ikinci günü start götürüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün gələn qonaqlara geniş musiqili proqram təqdim olunacaq. Həmçinin rəsmi qonaqların qarşılanması və rəsmi açılış şousu baş tutacaq.

Sonra isə açılış lentinin kəsilməsi, Dədə Qorqudun qonaqları salamlaması, nağaraçılar və qılınc rəqsi, kollektivlərin yürüşü və digər nömrələr həyata keçiriləcək.

Qeyd edək ki, I Milli Yaylaq Festivalı 2019-cu il iyulun 26-28-də Gədəbəyin Düzyurd-Miskinli yaylağında keçirilmiş və ilk festivala 3 gün ərzində 50 mindən artıq ziyarətçi, 16 ölkədən 100-dən çox iştirakçı qatılmışdı.

Bu il isə festivalda 70 mindən artıq tamaşaçının iştirakı nəzərdə tutulur. Festival iştirakçıları 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, sənətkarlıq məhsulları, milli geyim nümunələri ilə tanış ola və təbiət qoynunda əsl yaylaq həyatı yaşaya biləcəklər.

Festival iyulun 31-dək davam edəcək.

II Milli Yaylaq Festivalının informasiya dəstəkçiləri arasında AZƏRTAC da var.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.