MƏDƏNİYYƏT
Dədə Şəmşirin ruhuna ehtiram
Bakı, 25 noyabr, AZƏRTAC
Kəlbəcərin işğaldan azad olunması ərəfəsində bu torpağın yetişdirdyi böyük şəxsiyyətlərdən biri, Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan Dədə Şəmşirə həsr olunmuş yeni kitab işıq üzü görüb.
Kitabda XX əsr Azərbaycanın aşıq sənətinin görkəmli simalarından biri, ulu öndər Heydər Əliyevin də dediyi kimi, “qədim köklərə malik Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi və zənginləşdirilməsində böyük əməyi olan” Aşıq Şəmşirin poetik yaradıcılığından seçmələr – onun hikmətli kəlamları toplanıb.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevdir.
Müəllif yeni kitabının həm də Kəlbəcərin işğaldan azad edilməsi ərəfəsində kəlbəcərlilərə töhfə olduğunu deyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]
Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”
- 25.04.2024 [15:56]
Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır
- 25.04.2024 [14:53]
Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər
- 25.04.2024 [12:51]
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
- 25.04.2024 [12:40]