DÜNYA


Dehli aeroportu və dəmir yolu vağzalı pis hava səbəbindən fəaliyyətsiz qalıb

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 7-də Hindistanın paytaxtı Dehlidə müşahidə olunan qatı duman və yüksək rütubətli hava səbəbindən bir neçə saat müddətində hava limanı tamamən, dəmir yolu vağzalları isə qismən fəaliyyətsiz qalıb.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, gözlə görmə məsafəsinin minimuma enməsi ilə əlaqədar İndira Qandi beynəlxalq hava limanı heç bir təyyarəni qəbul edə və yola sala bilməyib. Paytaxta gələn qatarları isə bir neçə saat ərzində dəmir yolu vağzalına qəbul etmək mümkün olmayıb. Səhər erkən saatlarda paytaxtın bəzi yerlərində görmə məsafəsi hətta sıfıra düşüb. Pis hava şəraiti paytaxtla yanaşı, ölkənin ən iri şəhərlərindən olan Banqalor və Bhopalda da nəqliyyatın hərəkətinə çətinliklər yaradıb. Qeyd olunan şəhərlərin hava limanlarından gecikmələr qeydə alınıb.

Hindistanın Meteorologiya Departamentinin məsul əməkdaşı bildirib ki, bir gün əvvəl paytaxta yağan yağışlar, habelə temperatur və külək qatı dumanın yaranmasına şərait yaradıb. Bundan başqa, havadakı tozun və çirkin miqdarı da kifayət qədər yüksək olub. Belə ki, ötən şənbə günündən başlayaraq hava çirkliliyi indeksi 400-ə yaxın olub. Bu cür çirkli hava şəraitinin bir neçə gün davam edəcəyi bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.