İQTİSADİYYAT


“Dekabank”ın balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

“Dekabank”ın balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq

Bakı, 13 mart, AZƏRTAC

Martın 27-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dekabank” Kommersiya Bankı ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan AZƏRTAC-a bildirilib ki, daşınmaz əmlak, Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 64 ünvanında yerləşən (ü/s 50,40 kvadratmetr) qeyri-yaşayış sahəsidir. Daşınmaz əmlakın ilkin satış qiyməti 80 min manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şoşşesi 27 (“AVİS” aptekin arxası).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.