CƏMİYYƏT


Dekabr ayında 2055 nəfər xarici ölkə vətəndaşı Gürcüstana buraxılmayıb

Tbilisi, 10 yanvar, AZƏRTAC

Keçən ilin dekabr ayında 2055 nəfər xarici ölkə vətəndaşı Gürcüstana buraxılmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, keçən ilin son ayında ən çox İran İslam Respublikası vətəndaşına Gürcüstana giriş qadağan edilib. Dekabrda 753 İran vətəndaşına Gürcüstana girişə icazə verilməyib. İkinci yerdə Hindistan dayanır – 433 nəfər.

Məlumatda bildirilir ki, keçən ilin sonuncu ayında 218 nəfər Türkiyə, 101 nəfər Ermənistan vətəndaşı, 55 nəfər Rusiya, 55 nəfər Özbəkistan, 30 nəfər Türkmənistan, 23 nəfər Pakistan, 18 nəfər Qırğızıstan, 16 nəfər Ukrayna, 12 nəfər Çin, 11 nəfər Suriya, 10 nəfər İraq, Filippin (10) və Qazaxıstan (10) vətəndaşları Gürcüstana buraxılmayıb. Bundan başqa, daha 32 ölkənin vətəndaşına və 4 nəfər vətəndaşlığı olmayan şəxsə Gürcüstana girişə icazə verilməyib.

Azərbaycan bu siyahıda sonuncu yerlərdən birini tutur. Dekabr ayında 2 nəfər Azərbaycan vətəndaşına Gürcüstana səfər etməyə icazə verilməyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.