İQTİSADİYYAT


Dekabrda Bakıda IV “İnnovasiyalar zamanı 2019” adlı beynəlxalq forum keçiriləcək

Bakı, 4 noyabr, Pərvanə Rəhimova, AZƏRTAC 

Dekabrın 4-dən 7-dək Bakıda müxtəlif sahələrdə innovasiyaların tətbiqi, hazırlanması və inkişafı sahəsində ən yaxşı layihə və təcrübələrə görə təqdim olunan növbəti “İnnovasiyalar zamanı” adlı IX İnnovasiya Mükafatının təqdimat mərasimi keçiriləcək.

AZƏRTAC təşkilatçılara istinadla xəbər verir ki, “İnnovasiyalar zamanı” mükafatının təqdimatı çərçivəsində dekabrın 5-6-da Bakıda, həmçinin innovasiyalar sahəsində beynəlxalq əməkdaşlığa həsr olunmuş forum keçiriləcək. Forum iştirakçıları öz praktik işlərini təqdim edəcək, son tendensiyaları müzakirə edib, biznesin bütün sahələrində yeniliklərin tətbiqinə dair təcrübələri barədə fikir mübadiləsi aparacaqlar.

Beynəlxalq foruma Azərbaycan, Rusiya, Qazaxıstan və digər ölkələrin nümayəndələri qatılacaqlar.

Forumun məruzəçiləri arasında “Sberbank” PSC, “Aeroflot” PSC, “Zarubejneft” SC, “Roselektronika” SC, AzerTelecom, “KPMG Qazaxıstan”, “Norilsk Nikel”, “Yota”, “Otkritie Faktoring”, “Makfa ASC”, “PAROC”, “Kapital Layf Həyat Sığortası”, “TEREM”, “Aeroexpress” və digərləri var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.