İQTİSADİYYAT


Dekabrda Bakıda “Made in Uzbekistan” Milli Sərgisi təşkil olunacaq

Bakı, 24 noyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, dekabrın 15-17-də Bakıda Özbəkistanın “Made in Uzbekistan” Milli Sərgisi keçiriləcək. Sərgidə Özbəkistan şirkətlərinin məhsul və xidmətləri təqdim olunacaq.

Sərgidə iştirak etmək istəyən, habelə Özbəkistan nümayəndələri ilə ikitərəfli görüşlər keçirməkdə maraqlı olan sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.