İQTİSADİYYAT


Dekabrda hərraclara 38 nəqliyyat vasitəsi çıxarılacaq

Dekabrda hərraclara 38 nəqliyyat vasitəsi çıxarılacaq

Bakı, 30 noyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 13-ü və 20-də özəlləşdirmə hərracları keçiriləcək.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, dekabrın 13-də keçiriləcək hərraca 30 nəqliyyat vasitəsi, dekabrın 20-də təşkil olunacaq hərraca isə 10 dövlət obyekti və 8 nəqliyyat vasitəsi çıxarılacaq.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Yaponiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1985-2013-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: ( https://bit.ly/3mmNVpB )

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.