Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dekabrın 3-ü Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Dekabrın 3-ü Beynəlxalq Əlilliyi olan Şəxslər Günüdür

Bakı, 2 dekabr, AZƏRTAC

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir.

Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasəti Prezident İlham Əliyevin həmin kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısı nəticəsində ildən-ilə güclənir. Dövlət başçısı bu barədə danışarkən deyib: “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətdə fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər”.

Əlilliyi olan şəxslərin sosial təminatı

Hazırda ölkəmizdə 600 mindən çox əlilliyi olan şəxs var və onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası və ya pensiya hüququ olmadıqda aylıq sosial müavinət alırlar. Sağlamlıq imkanları məhdud uşaqlara da aylıq müavinət verilir. Müharibə əlilləri və onlara bərabər tutulanlar, eyni zamanda I dərəcə əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. Müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin uşaqları aylıq sosial müavinətlə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslər hər il müalicə üçün birdəfəlik müavinətlə təmin edilirlər.

Bu il Prezident İlham Əliyevin uğurlu sosial islahat paketinin tərkib hissəsi kimi, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün aylıq sosial müavinətin, müharibə əlilləri və onlara bərabər tutulanlar, I dərəcə əlilliyi olanlar üçün Prezidentin aylıq təqaüdünün məbləği orta hesabla 100 faiz artırılıb. Eyni zamanda, I dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, əmək pensiyasının minimum məbləği də bu il 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb və bu artımın tətbiq edildiyi pensiyaçıların bir hissəsi də məhz əlilliyi olan şəxslərdir.

Mənzillə və minik avtomobilləri ilə təminat

Eyni zamanda, şəhid ailələri ilə bərabər, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı həyata keçirilir.

2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, bu il həmin kateqoriyadan olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub və onlara artıq 511 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlər də ilin sonuna qədər veriləcək. Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7165 mənzil və fərdi ev təqdim edilib.

Ölkəmizdə əlilliyi olan şəxslərin rifahında mühüm rol oynayan və onlara dövlətin böyük dəstəyinin təzahürü olan proqramlardan biri də ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin minik avtomobilləri təminatıdır.

Həmin kateqoriyadan olan vətəndaşlara 2018-ci ildə 265 avtomobil verilibsə, bu il nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobil verilməsi nəzərdə tutulub və həmin təbəqədən olanlara artıq 427 avtomobil təqdim edilib. Bununla indiyədək həmin vətəndaşlara 6400-dək minik avtomobili verilib.

Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərə dəstəyi

Heydər Əliyev Fondu tərəfindən də əlilliyi olan şəxslərin reabilitasiyasına mühüm töhfələr verilir. Fondun dəstəyi ilə Bakının Yeni Günəşli yaşayış massivində Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb ki, burada sınanmış reabilitasiya metodları əsasında sağlamlıq imkanları məhdud uşaqlara bərpa xidmətləri göstərilir.

Fondun dəstəyi ilə 1 saylı və 2 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Hər iki müəssisədə 5-18 yaşlarında 339 uşaq daimi dövlət təminatındadır. Onlara müəyyən edilmiş rejimə və fərdi iş planına uyğun xidmət və qayğı göstərilir, onlarla mədəni-kütləvi iş aparılır, həmin uşaqların abilitasiyası və reabilitasiyası həyata keçirilir.

Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri kimi ölkəmizin müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri yaradılıb ki, həmin mərkəzlər əlilliyi olan şəxslərin İKT-dən istifadə imkanlarına malik olmasında mühüm əhəmiyyət kəsb edir. Fond tərəfindən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasına yönələn xeyirxah aksiyalar, həmin insanların cəmiyyətə inteqrasiyasına yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılmasına, onlarda özünəinam hissinin yüksəlməsinə xidmət edən ardıcıl nəcib layihələr həyata keçirilir. Belə ki, sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, yaradıcılıq imkanlarının dəstəklənməsinə və cəmiyyətə tanıdılmasına mühüm dəstək göstərilir.

Fondun “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi çərçivəsində həmin əsgər və zabitlərimiz Almaniya, İslandiya, İngiltərənin dünyada müasir protez istehsalçıları kimi tanınan şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin ediliblər.

Ötən dövrdə Heydər Əliyev Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və UNICEF-in təşkilatçılığı ilə “İmkanlara məhdudiyyət yoxdur” təbliğat-təşviqat kampaniyası da təşkil olunub.

Elektron təyinat sistemləri

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, yaşa görə pensiyaların, daha sonra əlilliyə görə pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib. Nəticədə pensiya hüququ yaranmış şəxsə özü müraciət etmədən və sənəd təqdim olunmadan, məmur-vətəndaş təması olmadan pensiya təyin edilir və elektron qaydada ona bu barədə məlumat verilir.

Sosial müavinətlərin, o cümlədən əlilliyi olan şəxslərə müavinətlərin, müvafiq kateqoriyalardan olan əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün, sağlamlıq imkanları məhdud uşaqlara müavinətin və həmin uşaqlara qulluq edənə Prezidentin təqaüdünün təyinatı da elektronlaşdırılıb.

Ümumən 2019-cu ilin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizminin də elektronlaşdırılması təmin ediləcək ki, bununla da bu il bir hissəsi əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarət olan təqribən 180 minədək vətəndaş üzrə təyinatların elektron şəkildə, proaktiv qaydada və vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan həyata keçiriləcək.

Əlilliyi olan şəxslərin reabilitasiyası

Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramı ölkəmizdə yeni reabilitasiya mərkəzlərinin yaradılmasını, bərpa mərkəzləri şəbəkəsinin genişlənməsini təmin edib. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 bərpa-müalicə müəssisəsi var.

Nazirliyin reabilitasiya müəssisələrində bu ilin 10 ayı ərzində 7241 nəfər əlilliyi olan şəxsə stasionar, 1867 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Həmin müddətdə nazirliyin Protez-ortopedik Bərpa Mərkəzi tərəfindən bu kateqoriyadan olan 7463 nəfər 25023 reabilitasiya vasitəsi, o cümlədən 1145 əlil arabası ilə təmin edilib.

Respublikamızın bölgələrində yaşayan və reabilitasiya vasitələrini almaqdan ötrü özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanları olmayan şəxslər üçün bu il demək olar ölkəmizin bütün rayon və şəhərlərində səyyar xidmətlər təşkil edilib, 836 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq bu xidmətdən faydalanıb və onlara ehtiyaclarına uyğun olaraq ümumilikdə 3952 reabilitasiya vasitəsi, o cümlədən 15 əlil arabası yaşadıqları rayonlara, hətta evlərinə aparılaraq verilib.

Dövlət başçısının göstərişi ilə son illərdə nazirliyin Respublika Əlillərin Bərpa Mərkəzində, Uşaq Bərpa Mərkəzində yüksək səviyyəli reabilitasiya şəraiti yaradılıb. Ötən ay Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Bakının Xəzər rayonundakı Mərdəkan Müalicə Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilməklə istifadəyə verilib.

Hazırda Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işləri aparılmaqla müasir reabilitasiya şəraiti yaradılır.

Dövlət başçısının tapşırığına əsasən, bərpa mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işlərinə də başlanılıb və artıq 2020-ci ildə ayrı-ayrı bölgələrdə yeni reabilitasiya ocaqlarının tikintisi də nəzərdə tutulub.

Yeni qurulan “Reabilitasiya” altsistemi reabilitasiya müəssisələri ilə Tibbi-sosial ekspert komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq. Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da TSEK-lər tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin də daha təkmil qurulmasına imkan verəcək.

Sosial müdafiəyə daha çox ehtiyacı olan əlilliyi olanlara sosial-məişət problemlərinin həll edilməsinə, habelə ayrı-ayrı əlilliyi olan şəxslərə müalicəsinə dəstək məqsədilə birdəfəlik maddi yardımlar da edilir.

Əlilliyi olan şəxslər üçün reabilitasiyayönümlü sosial xidmətlər

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində 1300 nəfər daimi dövlət təminatında yaşayır ki, onlardan 1200-ə yaxını məhz əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Eyni zamanda, nazirliyin sifarişləri ilə icra olunan layihələr əsasında reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilən 10 minədək şəxsin 90 faizdən çoxunu məhz əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir. Evlərində sosial xidmət göstərilən 9700-dək şəxsin isə 2,1 min nəfəri əlilliyi olan şəxslərdir.

Prezident İlham Əliyevin 2019-cu il martın 1-də imzaladığı “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” Sərəncamı xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin dəfələrlə genişləndirilməsinə imkan yaradıb.

Sərəncamın icrası işləri çərçivəsində əsasən ölkəmizin bölgələrində olmaqla yeni sosial xidmət və reabilitasiya mərkəzləri yaradılıb. Nəticədə günərzi qayğı mərkəzlərinin sayı 28-dən 70-ə, icma əsaslı sosial reabilitasiya mərkəzlərinin sayı 22-dən 49-a, autizm və Daun sindromlu uşaqlar üçün psixoloji yardım mərkəzlərinin sayı 1-dən 15-ə, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayı 2-dən 10-a, məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin sayı 1-dən 15-ə, görmə imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin sayı 1-dən 3-ə çatdırılıb. Sağlamlıq imkanları məhdud uşaqlarla davranış üzrə valideynlərə dəstək üzrə 10 mərkəz, əlilliyi olan şəxslər üçün 10 peşə-sosial reabilitasiya mərkəzi və s. yaradılıb.

Ümumilikdə nazirliyin sosial sifarişləri əsasında icra olunan reabilitasiyayönümlü sosial xidmət layihələri üzrə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər şəxslər üçün sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artıb və hazırda 200-ə yaxın mərkəz tərəfindən əsasən uşaqlardan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardan ibarət 10 minədək şəxsə xidmətlər göstərilir.

Əlilliyi olanların istedad və qabiliyyətlərinin dəstəklənməsi

Əlilliyi olanların istedad və qabiliyyətlərinin aşkara çıxarılaraq cəmiyyətə tanıdılması məqsədilə 1997-ci ildən Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə ümumrespublika səviyyəli sərgi və baxış müsabiqələrə başlanılıb. Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində bu istiqamətdə tədbirlər də uğurla davam etdirilir.

Bu ilin noyabrında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2019-cu ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq Əlilliyi olan şəxslərin VIII Ümumrespublika Bədii Yaradıcılıq Baxış-müsabiqəsi keçirilib. Baxış-müsabiqədə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara muğam, mahnı, rəqs, instrumental ifaçılıq, bəstəkarlıq, poeziya, bədii qiraət sahəsində istedad və qabiliyyətlərini nümayiş etdirmək imkanı yaradılıb. İlk mərhələdə ümumilikdə 341 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın iştirakı ilə ölkəmizin regionlarında zona baxış-müsabiqələri keçirilib.

Onlardan ümumilikdə 193 nəfər baxış-müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb. Final mərhələsində isə iştirakçılardan 25 nəfəri baxış-müsabiqənin qalibi seçilib.

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günündə onlara diplom və mükafatların, final mərhələsinin digər iştirakçılarına həvəsləndirici təşəkkürnamə və mükafatların təqdim edilməsi, eyni zamanda, həmin qaliblərin iştirakı ilə yekun konsertin keçirilməsi planlaşdırılıb.

Əlilliyi olan şəxslərin məşğulluğuna və sahibkarlığa çıxışına dəstək

2019-cu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 2200-dən çox əlilliyi olan şəxsin məşğulluğu təmin edilib. İşsiz və işaxtaran şəxslərin əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatında mühüm rola malik olan “İşsizin DOSTu” proqramı çərçivəsində bu il 40 minədək şəxs işlə təmin edilib və proqrama cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən həssas qruplardan biri də əlilliyi olan şəxslərdir.

Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanları və nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi tərəfindən bu ilin 11 ayında ümumilikdə 251 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi Prezident İlham Əliyevin tapşırığı ilə yaradılıb. Burada həmin təbəqədən olan gənclərin yeni peşələrə yiyələnməsi təmin edilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan mərkəzdə bu ilin 1 ayında 200 nəfər, mərkəz fəaliyyətə başlayandan bəri isə 1800 gənc peşə kurslarına cəlb edilib.

Peşə Reabilitasiya Mərkəzində peşə təlimi müddətində gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət ilə təmin olunur və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir. Onlar mərkəzdə inteqrasiya məqsədli çoxşaxəli tədbirlərə də cəlb olunurlar. Bu müəssisə ümumən sağlamlıq imkanları məhdud gənclərin həyatında müsbət dönüş yaradır.

Özünüməşğulluq proqramına cəlb olunmaq üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. 2018-ci ildə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1000 nəfərdən çox əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.

2019-cu ildə də bu sahədə işlər aparılır, ilin əvvəlindən bəri proqrama cəlb edilən əlilliyi olan şəxslərin sayı artıq 2 mini ötüb və hazırda da işsiz və işaxtaran şəxslərin proqrama cəlb edilməsi işləri davam edir. Eyni zamanda, bu il daha 500 nəfər əlilliyi olan şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının birgə icra etdiyi “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün işlər aparılır.

Güzəşt və əlavə təminatlar

Əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlər üçün qanunvericilik aktlarında bir çox güzəşt və əlavə təminatlar da əksini tapıb.

Qanunvericiliyin təkmilləşdirilməsi

Azərbaycan dövləti və hökumətinin siyasi iradəsi və fəaliyyət müstəvisi də əlilliyi olan şəxslərlə bağlı BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və dünyada mövcud olan mütərəqqi yanaşmalara əsaslanır. Təsadüfi deyil ki, hələ 2008-ci ildə Azərbaycan BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına ilk qoşulan ölkələrdən biri olub. Milli qanunvericiliyin həmin Konvensiyaya və ümumən əlilliyi olan şəxslərlə bağlı dünyada qabaqcıl təcrübələrdən irəli gələn yanaşmalara uyğunlaşdırılması üçün 2018-ci ilin mayında "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanun qəbul olunub.

Əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin reabilitasiyası, təhsili, məşğulluğu, əlilliyi olan şəxslərin sosial təminatları və s. mühüm məsələləri əhatə edən bu Qanunun tətbiqi ilə əlaqədar olaraq 20-ə yaxın yeni normativ hüquqi akt hazırlanıb.

“Əlilliyi olan şəxslərin abilitasiyası qaydası” və “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası”, “İnfrastruktur obyektlərinin əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması Qaydası” layihələrinin, əlilliyi olan şəxslərin turizm xidmətlərindən cəmiyyətin digər üzvləri ilə bərabər şəraitdə faydalanması üçün təkliflərin hazırlanması təmin edilib və digər istiqamətlərdə müvafiq fəaliyyətlər həyata keçirilib. Eyni zamanda, nazirlik tərəfindən hazırlanmış “Əlilliyin müəyyən olunması meyarları” əlilliyin qiymətləndirilməsində ən qabaqcıl beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur. Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyi ilə əməkdaşlıq şəraitində, inkişaf etmiş ölkələrin ən müsbət təcrübələri əsasında yeni "Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi də hazırlanır.

Əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən səmərəli şəkildə faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması məqsədilə nazirlik tərəfindən qanunvericiliyə dəyişiklik layihəsi də hazırlanıb və işarət dilinin (jestika) istifadəsinin genişləndirilməsinə dair zəruri tədbirlər görülməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb