MƏDƏNİYYƏT
Dekorativ-Tətbiqi İncəsənət Festivalının tarixi açıqlanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan”nın təşkilatçılığı ilə Bakıda keçiriləcək Dekorativ-Tətbiqi İncəsənət Festivalının tarixi açıqlanıb.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a məlumat verib ki, oktyabrın 24-nə planlaşdırılan festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid foto və rəsm əsərləri nümayiş olunacaq.
“Art Tover” qalereyasında gerçəkləşəcək festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etməklə yanaşı, yeni potensiala malik olan yaradıcı insanları kəşf etməkdən ibarətdir. Hər il olduğu kimi, bu il də təşkil ediləcək festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük əhəmiyyət daşıyır. Bir həftə davam edəcək festivalın kuratoru gənc xalçaçı-rəssam Nəsrin Şirinovadır”,- deyə D.Məmmədov söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]