CƏMİYYƏT


Dələduzluğa görə tutulmuş şəxsin Göyçay sakinini aldadaraq 30 min manat pulunu alması müəyyənləşdirilib

Bakı, 19 noyabr, AZƏRTAC 

Nəsimi rayonunda vətəndaşın etibarından sui-istifadə edərək dələduzluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dələduzluq etdiyinə görə tutulmuş T.Məmmədovla bağlı rayon polis idarəsinin əməkdaşlarının apardıqları tədbirlər nəticəsində onun 2019-cu ilin aprel ayında Göyçay rayon sakini X.Orucovu aldadaraq 30 min manat məbləğində pulunu alması da müəyyənləşdirilib.

Hadisə ilə bağlı təhqiqat davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.