CƏMİYYƏT


Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar

Bakı, 31 oktyabr, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində vətəndaşları aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhər sakini Q.Şükürovanı aldadaraq 500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şəki şəhər sakini Gündüz Abbasov Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Xətai RPİ-nin 37-ci polis şöbəsinin əməkdaşları Bakı şəhər sakini N.Nəsirovanın 100 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş N.Məhərrəmovanı saxlayaraq məsuliyyətə cəlb ediblər.

Sumqayıt ŞPİ 3-cü polis bölməsi əməkdaşları şəhər ərazisindəki metal qəbulu məntəqələrinin birindən təmir-tikinti alətləri və plastik tullantılar oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rasim Fətəliyevi saxlayıblar. Davam etdirilən əməliyyat tədbirləri nəticəsində onun digər cinayət əməllərinin də üstü açılıb. Həmin şəxsin dələduzluq yolu ilə üç nəfər Sumqayıt şəhər sakininin pullarını alması da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.