“Dəlisov Maks” filminin qəhrəmanı dünyasını dəyişib
AzerTAg.az
Bakı, 3 dekabr, AZƏRTAC
“Dəlisov Maks: Qəzəb yolu” filmində Ölməz Co rolunu oynayan avstraliyalı aktyor Xyu Kiyas-Bern ömrünün 74-cü ilində dünyasını dəyişib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə rejissor və ssenarist Ted Qeyqan məlumat verib.
Xyu Kiyas-Bern 1947-ci il mayın 18-də Hindistanda doğulub. Aktyor tamaşaçılar arasında daha çox “Dəlisov Maks” (Mad Max, 1979) və onun “Dəlisov Maks: Qəzəb yolu” (Mad Max: Fury Road, 2015) adlı seriyasına görə tanınır. Bundan əlavə, Kiyas-Bern “Yaşıl qarışqaların arzuladıqları yer” (Where the Green Ants Dream, 1984) ekran əsərində və “Mobi Dik” (Moby Dick, 1998), “Kainatın uzaq guşələrində” (Farscape, 1999-2003), “Qalaktika müharibəsi” (Farscape: The Peacekeeper Wars, 2004) seriallarında rol alıb.

Xəbərin mətnində orfoqrafik səhv var