DÜNYA


“Delta” ştamı Meksikada pandemiyanın üçüncü dalğasına səbəb olub

Madrid, 24 iyul, AZƏRTAC

“SARS-CoV-2” virusunun ən aqressiv mutasiyası olan “Delta” ştamı Latın Amerikası qitəsinə onun şimal sərhədindən – Meksikadan keçib.

AZƏRTAC xəbər verir ki, Meksikada “Delta”ya ilk yoluxma halları mayın əvvəllərində qeydə alınıb. Əgər bir neçə həftə ərzində “Delta” ştamına yoluxma hallarının sayı onlarca hesablanırdısa, hazırda bu, pandemiyadan daha çox zərər çəkən ştat hesab olunan Mexikoda virusun liderlik edən variantıdır.

Virusoloqların proqnozuna görə, avqust ayının sonunadək hər on yoluxma halından doqquzu “Delta” ştamına aid ediləcək. Bu variant pandemiyanın üçüncü dalğasına səbəb olub. Daha çox gənclər, yaxud da peyvənd olunmayanlar bu yoluxmaya məruz qalırlar.

Son dörd həftə ərzində Meksikadan Bütün İnfluenza Məlumatlarının Paylaşılması üzrə Qlobal Təşəbbüsün (GISAID) məlumat bankına göndərilən nümunələrin yarıdan çoxunda, yəni 528 nümunədə “Delta” variantı müşahidə edilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.