CƏMİYYƏT


“Delta” ştamı Mərakeşdə və Aralıq dənizi regionunun digər 14 ölkəsində pandemiyanın dördüncü dalğasını yaradır

Rabat, 31 iyul, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının dördüncü dalğası barədə xəbərdarlıq edib. Hazırda bu dalğa Mərakeşdən Pakistana qədər 15 Yaxın Şərq ölkəsini əhatə edir.

AZƏRTAC xəbər verir ki, koronavirus ştamının mutasiyaya məruz qalmış “Delta” versiyasının yayılması Şərqi Aralıq dənizi regionuna daxil olan bir sıra ölkələrdə COVID-19-a yoluxanların və bu virusla bağlı ölüm hallarının sayının artmasına səbəb olur.

ÜST-nin Şərqi Aralıq dənizi regional bürosunun direktoru Əhməd Əl-Mandharinin sözlərinə görə, bu gün həmin regionda COVID-19-un dördüncü dalğası müşahidə olunur.

Yeni yoluxma və xəstəxanaya düşmə hallarının əksəriyyəti immunizasiya keçməmiş insanların payına düşür.

ÜST region ölkələrində koronavirusa yoluxma sayının 55 faiz, ölüm hallarının 15 faiz artmasını qeydə alıb. Nəticədə həftəlik yoluxma səviyyəsi 310 minə, həftəlik ölüm hallarının sayı isə 3500-ə çatıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Rabat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.