İQTİSADİYYAT
“DəmirBank” Hesab.az ödəniş portalı ilə birgə yeni aksiyaya başlayıb
Bakı, 12 iyul, AZƏRTAC
“DəmirBank” Hesab.az ödəniş portalı ilə birgə yeni aksiyaya başlayıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, “DəmirBank” kartları ilə Hesab.az saytında ödəniş edən müştərilər hədiyyələr qazanmaq şansını əldə edəcəklər. İyulun 11-də başlayan kampaniya üç həftə keçiriləcək. Hər həftənin sonunda Hesab.az portalında “DəmirBank” kart ilə ən çox ödəniş edən müştəri hədiyyələr qazanacaq.
Bundan əlavə, portal istifadəçiləri etdikləri ödənişlərə görə topladıqları bonusları plastik kartına dəyişə bilərlər. Bunun üçün müştərilər saytın “Dərhal Dəyiş” bölməsinə daxil olmaqla 30 min bonus müqabilində “DəmirBank” debet kartını əldə edəcəklər. Bu kart bir illik verilir.
Həmçinin, Hesab.az saytında bank kartları ilə ödəniş edən bütün istifadəçilər iki qat bonus qazanır.
“DəmirBank”ın plastik kartları ilə Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində 50 milyondan çox ticarət və xidmət müəssisələrində məhsul və xidmətlərə görə heç bir komissiya tutulmadan nağdsız ödəniş həyata keçirmək mümkündür.