“DəmirBank” Xırdalan filialının açılışı olmuşdur
AzerTAg.az
Bakı, 10 aprel (AZƏRTAC). “DəmirBank” müştərilərin rahatlığını təmin etmək istiqamətində işləri davam etdirir. Bu məqsədlə aprelin 10-da Xırdalan şəhəri, M. Hüseynzadə küçəsi 7/1 ünvanında bankın Xırdalan filialının açılışı olmuşdur.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, filialda müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, istehlak və biznes kreditləri, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair xidmətlər göstəriləcəkdir.
“DəmirBank” son 3 ilə yaxın müddətdə 14 filialını yeni ofislərə köçürmüşdür. Filialların daha rahat və geniş ofislərə köçürülməsi, vahid korporativ üslubda interyer tərtibatı və təmir işləri bankın müştərilərə göstərdiyi yüksək xidmətdir.
Hazırda bankın 33 filialı fəaliyyət göstərir. Onlardan 13-ü Bakıda, 20-si isə Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad, İmişli və Beyləqanda yerləşir.
Xəbərin mətnində orfoqrafik səhv var